Xorvatiyalı futbolçu "Yuventus"la anlaşdı

10:00 19 İyun 2015

“Yuventus” klubu hücumçu Mario Mandzukiçin keçidi həll etmək üzrədir.

 

Turinlilər artıq xorvatiyalı futbolçunun keçidiylə bağlı Madrid “Atletiko”sunun razılığını alıblar.

 

Tərəflər arasında razılığa əsasən, İtaliya çempionu bunun müqabilində madridlilərə ilk olaraq 15 milyon avro ödəyəcək. Qalan mərhələlərdə isə “Qoca Sinyora” bonus olaraq qarşı tərəfə 3 milyon verəcək. Xorvatiya millisinin aparıcı üzvüylə turinlilər 2019-cu ilə kimi müqavilə bağlayıb.

 

Qeyd edək ki, gələn həftə İtaliyaya səfər edəcək xorvatiyalı forvard tibbi baxışdan keçəcək.


Digər xəbərlər

Xəbər xətti