"Bakı-2015" : Bu gün baş tutacaq yarışların SİYAHISI

01:39 22 İyun 2015

Bu gün "Bakı 2015"də bir-birindən maraqlı yarışlar olacaq. 

Sportarena.az Avropa Oyunlarının on birinci günündə keçiriləcək yarışların siyahısını təqdim edir:
 

Boks, saat 12:30

Böyük Britaniyalı Nikola Adams  və bolqarıstanlı Stoyka Petrova arasında boks üzrə dörddəbir final qarşılaşması günorta sessiyasında Kristal Zal 2-də baş tutacaq.

Adams London 2012 Olimpiya Oyunlarında keçirilən dörddəbir final qarşılaşmasında bolqar boksçusunu məğlub etdi. Lakin Petrova Buxarestdə keçirilən keçən ilin Avropa çempionatının eyni mərhələsində britaniyalı rəqibini məğlub edərək məğlubiyyətin intiqamını aldı. Adams Petrova üzərində 8-1 hesablı karyera üstünlüyünü qoruyub saxlayır.

Atıcılıq, saat 08:30

Atıcılıq yarışı üç qeyri-Olimpiya qarışıq komanda yarışlarının böyük həyəcanı ilə başa çatır.

Günün əsas çıxışlarından biri isə çərşənbə günü kişilər arasında 10 metrdən hava tüfəngi ilə atəş yarışında gümüş medal qazanan Nikkolo Kampriani ilə cümə günü qadınlar arasında 50 metrdən tüfəng ilə 3 vəziyyətdə atəş yarışının qalibi olan sevgilisi Petra Zublasinq ilə komanda şəklində birləşməsi olacaq. Cütlük Bakı Atıcılıq Mərkəzində 10 metrdən hava tüfəngi ilə atəş yarışında qızıl medal uğrunda atış edəcəklər.

Voleybol, saat 09:00

Kişilər arasında qrup yarışının final mərhələsi bazar ertəsi baş tutacaq. İtaliya qrupdan kənardadır, lakin Belçikanin hələ də son səkkizliyə çıxması üçün şansı var. Almaniya isə olduğu yerdə dayanıb. Dünya reytinqində 7-ci yerdə olan almanlar hazırda ilk pillədədir. Belçika mütləq qalib gəlməlidir. Əks təqdirdə yarışları qrup mərhələsində dayandıracaq.

Sambo, saat 10:00

Rus idmançısı Artem Osipenko samboda kişilər arasında 100kq çəki dərəcəsində mübarizə aparacaq. O, 2014-cü ildə 100kq çəki dərəcəsində dünya çempionu, 2015-ci ildə isə Avropa çempionudur. O, üç dəfə dünya tituluna sahib olub və `Dünya çempionu necə olmalı` təlimat kitabçasını nəşr edib.


Digər xəbərlər

Xəbər xətti