"Azərbaycanı təmsil etməkdən qürur duyuram" - AÇIQLAMA

01:51 22 İyun 2015

"Fransadan olan rəqibim güclü idi və özünəməxsus strategiyası vardı. Həm də yaxşı müdafiə olunurdu. Buna baxmayaraq yaxşı döyüşdüm və qalib gəldim."

Sportarena.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Avropa Oyunlarında boks yarışlarında 1/8 finalda qələbə qazanan təmsilçimiz Xaybula Musalov deyib.

"Məqsədim Azərbaycan bayrağını qaldırmaqdır. Mən özüm Dağıstandanam, amma Azərbaycanı təmsil etməkdən qürur duyuram. Azərbaycan mənə çox şey verib və buna görə özümü azərbaycanlı kimi hiss edirəm" - deyə idmançı qeyd edib.

X.Musalov azarkeşlərə dəstəylərinə görə təşəkkürünü bildirib.

O, əsas məqsədinin Azərbaycan bayrağını qaldırmaq olduğunu, bunun üçün ölkəmizin dövlət himnini öyrənməyə çalışacağını deyib.


Digər xəbərlər

Xəbər xətti