I Avropa Oyunlarının Rusiyada yayımçısı yarışların bu ölkədəki izlənmə reytinqini açıqlayıb

21:00 23 İyun 2015

Bakı-2015 Birinci Avropa Oyunlarının Rusiya ərazisində yayımçısı Ümumrusiya Televiziya və Radio Yayım Kampaniyası yarışların bu ölkədəki izlənmə reytinqini açıqlayıb.

 

Sportarena.az APA-ya istinadən xəbər verir ki,kampaniyanın idman kanalları üzrə baş redaktor müavini Dmitriy Anisimov I Avropa Oyunları çərçivəsində keçirilən yarışların gözlənildiyindən də böyük tamaşaçı auditoriyası topladığını deyib: “İlk dəfə keçirilən Avropa Oyunlarının reytinqi yüksəkdir. Əvvəlcə, Oyunların təşkilinə nəzər yetirmək istədik. Hər şey yüksək səviyyədə olduğundan yayımımızın əhatə dairəsini  genişləndirmək qərarına gəldik. Xüsusilə də, bədii gimnastika və sinxron üzgüçülük yarışları tamaşaçılarımız tərəfindən daha çox baxılır”.  

 

“Bakının ev sahibliyindən razısınızmı?” sualını isə kanal rəsmisi belə cavablandırıb: “Bakıda bütün Avropadan olan peşəkarlar çalışır. Hər şey yüksək səviyyədədir”.


Digər xəbərlər

Xəbər xətti