"Bakı-2015" : Bu gün yarışacaq idmançılarımızın SİYAHISI

00:46 24 İyun 2015

"Bakı 2015"də Azərbaycan idmançıları bu gün 4 müxtəlif idman növü üzrə mübarizə aparacaqlar.


Boks, saat 12:30-dan

Dörd azərbaycanlı boksçu coşğulu tamaşaçıların azarkeşliyi ilə Bakı Kristal Zal 2-də döyüş meydanında olacaq.

Saat 12:30-da keçiriləcək günorta sessiyasının açılış görüşündə, qadınlar arasında turnirdə Azərbaycanı təmsil edən Yana Alekseevna yüngül çəki (57-60kq) dərəcəsi üzrə dörddəbir finalda Zinaida Dobrinina ilə yarışacaq.

Azərbaycanlı digər boksçu Xaybula Musalov isə saat 13:30-da kişilər arasında yüngül çəki (75kq) dərəcəsində ən azı bürünc medal qazanmağa zəmanət verən belarus qalib Vitali Bandarenka ilə mübarizə aparacaq.

Gecədə iştirak edəcək bir nömrəli boksçu həmyerlimiz Tayfur Əliyev yarımfinal qarşılaşmasında güclü favoritdir. O, saat 19:30-da kişilər arasında yarım-yüngül (56kq) çəki dərəcəsində rusiyalı Baxtovar Nazirov ilə görüşəcək.

Azərbaycanı təmsil edən Teymur MƏMMƏDOV saat 20:15-də yüngül-ağır (81kq) çəki dərəcəsində rus Pavel Silyaqina qarşı yarımfinal görüşü ilə axşam sessiyasına son qoyur.

3x3-ə basketbol, saat 15:30-dan

Qadınlar Hollandiya və Yunanıstanla, kişilər isə Andorraya qarşı mübarizə aparacaqlar.

Badminton, saat 15:40-dan

Azərbaycanın kişilərdən ibarət cütlüyü Kənan Rzayev və Orxan Qələndərov yarışacaq.

Çimərlik futbolu, Azərbaycan və Ukrayna, saat 20:30-dan

Azərbaycan yığma komandası Ukrayna ilə oyunda qələbəyə birinci yiyələnmək üçün hər bir şansı nəzərə alacaqlar. A qrupunda İsveç və Portuqaliya kimi güclü komandaların olması ilə hər iki tərəf yarımfinala yüksəlmək üçün mütləq qələbə uğrunda mübarizə aparacaqlar.


Digər xəbərlər

Xəbər xətti