Klublarımızın Avropa Liqasındakı oyunlarının açıqlandı

00:28 26 İyun 2015

Azərbaycan klublarının Avropa Liqasının I təsnifat mərhələsində keçirəcəyi ilk oyunların başlama vaxtı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, ölkəmiz üçün avrokuboklar mövsümünü “İnter”  açacaq.

 

İyulun 2-də səfərdə oynayacaq paytaxt təmsilçisinin “Laçi” ilə Albaniyadakı qarşılaşması Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Oyun Laçi şəhərinin eyniadlı stadionunda baş tutacaq.

 

Avropa Liqasındakı digər iki təmsilçimiz isə Bakı vaxtı ilə saat 21:00-da meydana çıxacaq.

 

“Neftçi” “Bakcell Arena”da Monteneqronun “Mladost” klubunu qəbul edəcək. Tiflisdə Boris Payçadze adına “Dinamo Arena” “Qəbələ” yerli “Dinamo” ilə qarşılaşacaq.

 

“İnter”in albaniyalılarla cavab oyununun da vaxtı dəqiqləşib. İyulun 9-da “İnter Arena”da keçiriləcək görüş saat 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti