"Bakı-2015" : 3 boksçumuz qızıl medal qazandı, Xaybula Musalov isə gümüş medala sahib çıxdı

20:08 27 İyun 2015

Bu gün "Bakı-2015" I Avropa Oyunlarında boks yarışları keçiriləcək. Azərbaycanın daha 4 boksçusu rinqə çıxacaq.

 

27 iyun
 
Kişilər

60 kq

Yığmamızın üzvü Albert Səlimov qızıl medal uğrunda yarışda fransalı Sofian Oumina ilə üz-üzə gəlib və rəqibini 3:0 hesabı məğlub edən idmançımız qızıl medal qazanıb.


69 kq

Bu çəki dərəcsində mübarizə aparan Pərviz Bağırov həlledici görüşdə rusiyalı Aleksandr Besputinlə qarşılaşıb və rəqibini 3:0 hesabı ilə məğlub edərək qızıl medalın sahibi olub.


75 kq

Qızıl medal uğrunda yarışacaq digər boksçumuz Xaybula Musalovdur. O, finalda irlandiyalı Maykl O Reylli münasibətlərinə aydınlıq gətirib. İdmançımız rəqibinə uduzaraq gümüş medala yiyələnib.


91 kq

Millimizin qızıl medal ümidi olan Abdulqadir Abdullayev üçün final döyüşü prinsipial xarakter daşıyırdı. Belə ki, boksçumuz finalda erməni əsilli Ukrayna təmsilçisi Qevorq Manukyanla üz-üzə gələcəkdi,lakin rəqib idmançı döyüşdən imtina edib. Bununla da, Azərbaycan idmançısı Abdulqadir Abdullayev qalib elan olunaraq qızıl medal sahibi olub.


Xəbər xətti