"Xəzər-Lənkəran"ın sabiq baş məşqçisi : “Ronaldo “Real”dan gedərsə, Beyl komandanın liderinə çevriləcək"

03:00 28 İyun 2015

Uels millisini çalışdırmış baş məşqçi Con Toşak sabiq klubu Madrid “Real”ı ilə bağlı maraqlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis Kriştianu Ronaldonun gedişiylə Qaret Beylin Madrid təmsilçisini liderinə çevriləcəyini bildirib.

 

Uesli çalışdırcının sözlərinə görə, Ronaldo meydanda olduğu halda həmyerlisi “Real”da potensialını aça bilməyəcəyini deyib:

 

“Ronaldo “Real”dan gedərsə, Beyl komandanın liderinə çevriləcək. Portuqaliyalı futbolçu oynayanda uesli potensialını aça bilmir. Əslində Ronaldo sağ cinah oyunçusudur. Lakin portuqaliyalı özünü solda rahat hiss edir. Belədə baş məşqçi məcburiyyət qarşısında uesli futbolçunu sağ cinaha çəkir. Beyl isə həmin mövqedə özünü göstərə bilmir.  Ronaldonun gedişiylə Beyl öz mövqeyində komandaya xeyir verə bilər”.              

 

Qeyd edək ki, Con Toşak 2013-cü ildə ölkəmizdə “Xəzər Lənkəran” komandasını çalışdırıb.


Digər xəbərlər

Xəbər xətti