Növbəti Avropa Oyunlarının məşəli Bakıda yandırıla bilər

13:19 28 İyun 2015

"Biz yüz faiz təşviq edəcəyik ki, gələcəkdə Avropa Oyunların məşəli bu gözəl məkandan, Azərbaycandan götürülsün".

Sportarena.az “Trend”ə istinadən xəbər verir ki, bu barədə Avropa Olimpiya Komitəsinin Prezidenti Patrik Hikki bu gün Avropa Oyunlarına həsr edilmiş yekun mətbuat konfransında deyib.

O, bildirib ki, buradan gəlib məşəlin götürülməsi çox gözəl bir təşəbbüs olardı.

P.Hikki vurğulayıb ki, istər Oyunların keçirilməsi, istərsə də Atletlər kəndi ilə bağlı heç bir şikayət daxil olmayıb: "Birinci Avropa Oyunlarının bütün aspektləri möhtəşəm idi, hər şey uğurla başa çatdı".

P.Hikki həmçinin medianın fəaliyyətini də yüksək dəyərləndirib. O bildirib ki, Oyunlarda 900 xarici jurnalistin akkreditasiyadan keçirilməsi də Oyunların əhəmiyyətini göstərdi.


Xəbər xətti