Azərbaycan Avropa Oyunlarında 2-ci yeri tutdu - YEKUN REYTİNQ CƏDVƏLİ

18:24 28 İyun 2015

Bakıda keçirilən Avropa Oyunlarına yekun vurulub. 
 

Artıq bütün yarışlar başa çatıb. Azərbaycan medal sayına görə ölkələrin reytinq cədvəlində 21 qızıl medalla 2-ci yeri tutub. 56 medal qazanan milli komandanın aktivində eyni zamanda 15 gümüş və 20 bürünc medal da var. 

Avropa Oyunlarında liderlik Rusiyadadır. Bu ölkə yarışmanı 164 medalla başa vurub (79 qızıl, 40 gümüş, 45 bürünc medal).

Siyahının üçüncüsü isə 47 medalla Böyük Britaniyadır (18 qızıl, 10 gümüş, 19 bürünc).  

Türkiyə isə “Bakı-2015”də 14-cü yerlə kifayətlənib (6 qızıl, 4 gümüş, 19 bürünc).

Xatırladaq ki, iyunun 12-dən 28-dək davam edən 17 günlük yarışlara 49 ölkədən 6 mindən çox idmançı, 3 mindən artıq komanda rəsmisi qatılıb. Yarışlar 20 idman növünü əhatə edirdi ki, bunların da 16-sı Olimpiya növləridir.

Ölkələrin qazandıqları medal sayına görə yekun reytinq cədvəlini təqdim edirik:


Digər xəbərlər

Xəbər xətti