"Könüllülərə Avropa Oyunlarında fəaliyyətlərinə görə, mükafat təqdim ediləcək" - Nazir

17:46 29 İyun 2015

"Könüllülər bizi çox sevindiriblər".

Sportarena.az xəbər verir ki, bunu mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib.

O bildirib: "İlk Avropa Oyunlarında 17 min könüllü cəlb olunmuşdu. Könüllülər dəstəsi təşkilati və əməliyyat məsələlərində bizə çox dəstək olub. Azərbaycanda könüllülərin birliyi var və Gənclər və İdman Nazirliyi onların layihələrini dəstəkləyir. Biz istəmirik ki, həmin dəstəni itirək, onlara ilk Avropa Oyunlarında fəaliyyətlərinə görə, mükafat təqdim ediləcək".

Nazir eyni zamanda ilk Avropa Oyunlarınında Azərbaycanın bilet satışından və turizm sahəsindən əldə edilmiş gəlirlərlə bağlı sualları cavablandırıb: "Bilet satışı, televiziya yayımı, eyni zamanda sponsorlardan 15-17 milyon manat vəsait hesaba toplanıb".


Xəbər xətti