"Azərbaycan işinə məsuliyyətlə yanaşdı və bunun öhdəsindən layiqincə gəldi"

18:12 29 İyun 2015

"Azərbaycan işinə məsuliyyətlə yanaşdı və bunun öhdəsindən layiqincə gəldi. "Dostluq" ordeninə layiq görüldüyüm üçün hər kəsə təşəkkür edirəm".
 
Bunu Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq bu gün birinci Avropa Oyunlarına həsr edilən yekun mətbuat konfransında deyib.

S.Kleq Azərbaycanın Avropa Oyunlarındakı nailiyyətinin onları ruhlandırdığını bildirib: "Sizin 12500-dən artıq könüllünüz və məşəl qoruyucularınız var idi. Onlar Azərbaycanın adını ucaltmaq üçün əllərindən gələni etdilər. Açılış mərasimi möhtəşəm alındı. Eyni zamanda bağlanış mərasimi də ondan geri qalmadı. Azərbaycanın Avropa Oyunlarındakı nailiyyəti bizi ruhlandırdı. Prezident İlham Əliyev qeyd etmişdi ki, biz qara qızılı insan kapitalına çevirmək istəyirik. Biz də bu yolda ona yardımçı olmaq istədik".


Digər xəbərlər

Xəbər xətti