Hakimlərimiz Çempionlar Liqasında

15:02 1 İyul 2015

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 14-də keçiriləcək APOEL (Kipr) – “Vardar” (Makedoniya) oyununun baş hakimi Əliyar Ağayev olacaq.

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, ona FİFA referi köməkçisi Zeynal Zeynalov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim funksiyasını FİFA referisi Rəhim Həsənov yerinə yetirəcək.


Xəbər xətti