"Xəzər Lənkəran"a gələcək 2 braziliyalı və 1 xorvatiya futbolçuların adları açıqlandı

17:45 2 İyul 2015

Növbəti mövsümə iddialı hazırlaşan "Xəzər Lənkəran" transfer çalışmalarını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, cənub təmsilçisi həftə sonuna kimi heyətini daha üç futbolçu ilə gücləndirdəcək. Bunlardan ikisi braziliyalı, biri isə xorvatdır. Xəbərə görə, braziliyalılar biri bizlərə yaxşı tanış olan 27 yaşlı Diego Souza Gusmao (dayaq yarımmüdafiəçisi) və hücumçu 23 yaşlı "Rafinya" ləqəbli Rafael Karletti Burguenodur. Xorvat hücumçu isə 27 yaşlı Ante Mitroviçdir.

 

Qeyd edək ki, komanda artıq  futbolçu ilə heyyətini gücləndirib. Bunlar Vüqar Nadirov, Vaqif Cavadov, Rəşad Eyyubov, Ruslan Abışov və polşalı qolkiper Pavel Kapsadır. (xl-fans.com)


Xəbər xətti