"Bölgələrdə həyata keçirdiyimiz konsertlərin hər biri “Baku 2015” Avropa Oyunlarının idmançılarına həsr olunub" - AÇIQLAMA + FOTOLAR

13:50 3 İyul 2015

Müğənni Roza Zərgərli Azərbaycan bölgələrinə turneyə çıxıb. 

Sportarena.az xəbər verir ki, axşam.az-a açıqlama verən ifaçı bildirib ki, turnenin ilk konserti Siyəzən rayonunda olub: 

“Nəhayət, yay mövsümündəki konsertlərimə start verdim. “Bakı vaxtı ilə hər bir obada” adlı konsertin dəstəkçisi “Ben prodakşn”dır. Siyəzəndəki tədbirimiz möhtəşəm keçdi. Bölgələrdə həyata keçirdiyimiz konsertlərin hər biri “Baku 2015” Avropa Oyunlarının idmançılarına həsr olunub. Belə ki, Siyəzən konserti bürünc mükafat qazanan Niyazi Əliyevə həsr edilib”.

Aparıcılığı Zabir Əliyevin etdiyi gecədə R.Zərgərlini “Bakı instrumental ansamblı” müşayiət edib.


Digər xəbərlər

Xəbər xətti