"Əslində futbolçu olmaq istəyirdim" - Ayxan Tağızadə

00:46 5 İyul 2015

"Bakı 2015" Birinci Avropa Oyunlarında qızıl medal qazanan Ayxan Tağızadədən yeni xəbər var.

19 yaşlı taekvandoçumuz "Star life" verilişinə açıqlamasında planlarından bəhs edib:

"Qarşıma məqsəd qoymuşdum ki, çempion olmalıyam, bayrağımızı qaldırmalıyam. İlk qızıl medalı qazandığıma görə çox xoşbəxtəm. İdmana atamın istəyi ilə gəlmişəm. Özü məşqçidir. Əslində futbolu sevirəm. Amma futbolçu olmaq alınmadı. Bu yolda irəlilədim. Qarşıda çox yarışlarım var. Rio de Jeneyroda keçiriləcək olimpiya oyunlarına qatılacam. "Bakı 2015"ə necə hazırlaşırdımsa, ora üçün də elə çalışıram. Məşqçilərimin köməyi ilə olimpiya oyunlarında da bayrağımızı qaldıracam".


Digər xəbərlər

Xəbər xətti