Müllerlə Qvardiola arasında insident - FOTO

15:25 7 İyul 2015

Almaniyanın "Bavariya" klubunun sonuncu məşqində baş məşqçi Pep Qvardiola ilə futbolçu Tomas Müller arasında mübahisə baş verib.

 

Sportarena.az  xəbər verir ki,  25 yaşlı hücumçu taktiki tapşırıqları yerinə yetirərkən ispan mütəxəssisə narazılığını bildirib. Ancaq sonra Müller etdiyi hərəkətə görə Qvardioladan üzr istəyib:

 

"Yaxşı, məşqçi, mən səhv etdim" - deyə Müllər Qvardiolaya bildirib.

 

Nəzərinizə çatdıraq ki, T.Müller son mövsüm Çempionlar Liqasının yarımfinalında "Barselona" ilə ilk matçda əvəzləndiyi üçün Qvardiolaya kəskin şəkildə etirazını bildirmişdi.


Digər xəbərlər

Xəbər xətti