"Bakıda mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik"

15:56 7 İyul 2015

Sportarena.az xəbər verir ki, Avropa Liqasının I təsnifat mərhələsində Bakı “İnter”i ilə 1-1 bərabərə qaldıqları görüşdə qol vuran “Laçı” nin futbolçusu Agim Meto Albaniya mətbuatına “İnter”in zəif tərəflərini müəyyən etdiklərini söyləyib.

"Hər bir futbolçu avrokuboklarda qol vurmaq istəyər. Üstəlik bu, mənim avrokuboklarda ilk qolum idi. Düşünürəm ki, cavab matçında da məqsədim qol vuraraq komandaya kömək etmək olacaq. İndi rəqibimizi daha yaxşı tanıyırıq. Məşqçilər ilk oyunu analiz ediblər və "İnter"in zəif tərəflərini müəyyənləşdirmişik. Ötən bir həftə ərzində komanda bərpa olunub və ritmə düşüb. Bakıda mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik". 

 


Xəbər xətti