"Fənərbağça"da növbəti sambaçı

11:19 8 İyul 2015

İstanbulun “Fənərbağça” yay transfer pəncərəsi dönəmində daha bir futbolçu ilə heyətini gücləndirib.

 

Sportarena.az  klubun rəsmi saytına nəzərən xəbər verir ki, İstanbul klubu "Sao Paulo"nun braziliyalı yarımmüdafiəçisi Jozef de Souza ilə 4 illik müqavilə imzalayıb. 26 yaşlı futbolçunun "Fənərbağça"ya nə qədər məbləğ qarşılığında transfer olunması açıqlanmayıb.

 

Nəzərinizə çatdıraq ki, sambaçının komandaya transfer olunması ilə "Fənərbağça"nın yay transfer pənəcərəsində etdiyi 7-ci ardıcıl transferidir.


Xəbər xətti