"Növbəti mərhələyə keçmək iqtidarındayıq" - Skepanoviç

12:50 8 İyul 2015

"Rəqibimiz kimi biz də növbəti mərhələyə keçmək iqtidarındayıq. İlk oyunda bunu bacara biləcəyimizi göstərdik.Lakin cavab matçında azarkeşlərimizin dəstəyinə ehtiyacımız olacaq. Yalnız onların sayəsində növbəti mərhələyə vəsiqə qazana bilərik. Ümid edirəm ki, stadion dolu olacaq. İlk görüşdən yaxşı nəticə ilə ayrılmışıq. Ancaq nəzərə almalıyıq ki, hər bir oyun 0:0 hesabı ilə başlayır. Ona görə diqqətli olmalıyıq. Sadəcə meydana çıxıb, öz oyunumuzu oynamalıyıq".

Sportarena.az xəbər verir ki, bu sözləri Monteneqro "Mladost"nun futbolçusu Marko Skepanoviç yerli mətbuata açıqlamasında söyləyib.

Təcrübəli futbolçu cavab matçında azarkeş dəstəyi sayəsində mərhələ keçəcəklərinə inandığını bildirib.

Nəzərinizə çatdıraq ki, sabah keçiriləcək "Mladost" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Qeyd etdiyimiz komandalar arasında paytaxtımızda keçirilən ilk oyunda 2:2 hesablı bərabərlik qeydə alınıb


Digər xəbərlər

Xəbər xətti