Xetaq Qazyumov öz çəkisində liderliyi bərpa etdi - REYTİNQ SİYAHISI

13:30 8 İyul 2015

Dünya Güləş Birliyi 2015-ci ilin iyun ayında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb. 

Sportarena.az federasiyanın rəsmi saytına nəzərən xəbər verir ki , sərbəst güləşçilərimizdən 11 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Ötən ay Bakıda keçirilən ilk Avropa Oyunlarında sərbəst güləşçilərimizin qazandığı 2 qızıl və 4 bürünc medal idmançıların reytinq siyahısındakı mövqelərinə də təsir göstərib. Belə ki, Avropa Oyunlarının qızıl medalçısı Xetaq Qazyumov uzun müddət reytinqdə 2-ci olsa da, bu qələbədən sonra 97 kq çəki dərəcəsində reytinqin 1-ci pilləsində qərarlaşıb. Avropa Oyunlarının digər qızıl medalçısı Toğrul Əsgərov 17-ci sıradan, bürünc medalçı Cəmaləddin Məhəmmədov isə 14-cü sıradan 6-cı sıraya yüksəlib. Məhəmməd Müslümov (65 kq), Ruslan Dibirhacıyev (70 kq) və Şərif Şərifov (97 kq) da ilk onluqda qərarlaşan idmançılardandır. 


Digər xəbərlər

Xəbər xətti