"Biz öz gücümüzü meydanda ortaya qoyacağıq" - AÇIQLAMA

01:00 9 İyul 2015

"Oyun çətin olacaq, yaxşı nəticə göstərmək üçün çalışırıq. Komanda oyuna hazırdır".

Sportarena.az "Report"a istinadən xəbər verir ki, bunu Bakının "İnter" futbol klubunun baş məşqçisi Zaur Svanadze Avropa Liqasnın birinci təsnifat mərhələsində "Laçi" ilə cavab matçı öncəsi jurnalistlərə deyib. 

O, rəqibi təhlil etdiyini və oyunçuları ilə fikir mübadiləsinin apardığını bildirib:

"Son bir həftə ərzində yaxşı hazırlaşdıq. Hamı özünü yaxşı hiss edir. Ümidləri doğruldub mərhələni keçmək istəyirik. Biz öz gücümüzü meydanda ortaya qoyacağıq".

Qeyd edək ki, "İnter" - "Laçi" oyunu iyulun 9-u saat 21:00-da İnter Arena stadionunda keçiriləcək. Bu komandalar arasında Albanıyada oynanılan birinci matç 1:1 hesabı ilə başa çatıb.


Xəbər xətti