"Real"da kapitanı üçün vida mərasimi keçiriləcək

14:58 9 İyul 2015

İspaniyanın "Real" klubunun kapitanı İker Kasilyas komandadan ayrılır.

 

Sportarena.az  xəbər verir ki, 34 yaşlı futbolçuya sabah "Santyaqo Bernabeu" stadionunda vida mərasimi təşkil olunacaq. Gözlənildiyi kimi, Kasilyasın karyerasını Portuqaliya nəhəngi "Porto"da davam etdirəcəyi gözlənilir.

 

Nəzərinizə çatdıraq ki, "Kral klubu" İkerin əvəzinə "Mançester Yunayted"in qapıçısı David De Xeanı transfer edəcəyi gözlənilir.


Digər xəbərlər

Xəbər xətti