Rəsul liderliyini qorudu, Rafiq ikinci oldu

12:15 10 İyul 2015

Dünya Güləş Birliyi 2015-ci ilin iyun ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyasını açıqlayıb. 

Sportarena.az xəbər verir ki, Yunan-Roma güləşi üzrə reytinq siyahısına 10 güləşçimizin adı daxil edilib. Avropa Oyunlarının qızıl medalçısı Rəsul Çunayev reytinqdəki birinciliyini də qoruyub. Digər qızıl medalçı Elvin Mürsəliyev bir pillə yüksələrək 4-cü olub. Gümüş medala sahib olan Rafiq Hüseynov reytinq sıralamasında 2-ci yerdə qərarlaşıb. Bürünc mükafatçı Elman Muxtarov isə 8 pillə irəliləyib və reytinqdə 5-ci sıraya yüksəlib. Ötən ayın reytinq siyahısında olmayan ağır çəkili pəhləvanlarımız Orxan Nuriyev və Sabah Şəriəti Avropa Oyunlarında qazandıqları nailiyyətlə ilk onluğa düşə bilib. Orxan Nuriyev 6-cı, Sabah Şəriəti isə, 9-cu sırada qərarlaşıb. Gənclərin Avropa çempionatının qalibi İslam Abbasov da reytinq siyahısında mövqeyini qoruya bilib.


Digər xəbərlər

Xəbər xətti