Quarejma "Beşiktaş"a geri dönür

17:27 10 İyul 2015

Türkiyənin “Beşiktaş” klubu Rusiya klublarının transfer siyahısında olan “Porto”nun ulduzu Rikardo Quarejmanı heyətinə qatmaq üçün görüşmələrə başlayıb.

 

Sportarena.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, heyətinə  Andreas Bek və Dusko Tosiç kimi futbolçuları qatan “qara qartallar”ın növbəti hədəfi Quarejmadı.

“Ağ-qaralar” “Sportinq”, “Barselona”, “İnter”, “Çelsi” kimi klubların formasını geyən “Portu”nun futbolçusunu yenidən  komandaya qaytarmaq üçün görüşmələrə başladı. Iddia edilir ki, artıq danışıqların müsbət nəticələnmək üzrədir.


Digər xəbərlər

Xəbər xətti