"Qarabağ" - "Rudar" oyununun hakimləri bəlli oldu

19:16 10 İyul 2015

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində"Qarabağ" 15 iyul tarixində Çernoqoriyanın "Rudar" klubu ilə qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, artıq bu oyunu idarə edəcək hakimləri məlum olub. 

 

Qarşılaşmanı rumıniyalı hakimlər briqadası idarə edəcək. Beləki, görüşün baş hakimi Sebastyan Konstantin Koltesku olacaq. Ona Radu Adrian Ștefan Ginqulyak və Mirça Mixail Qriqoryu yardımçı olacaq. 4-cü hakim isə George Katalin Qaman olacaq.

 

Nəzərinizə çatdıraq ki, oyun iyulun 15-də saat 21:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti