Traore "Monako"ya transfer olundu

13:01 11 İyul 2015

Fransanın "Monako" daha bir transfer reallaşdırıb.

Sportarena.az klubun saytına nəzərən xəbər verir ki, Knyazlıq klubu "Lill"də oynayan malili 20 yaşlı futbolçu Adama Traorenin transferini rəsmiləşdirib. Müqavilənin müddəti 5 illik nəzərdə tutulub.

Bu transfer üçün "Monako" 14 milyon avro təzminat ödəyib.

Nəzərinizə çatdıraq ki, 20 yaşadək futbolçular arasında keçirilən  dünya çempionatının ən yaxşı oyunçusu adına layiq görülən Traore “Lill” klubunda 24 oyunda forma geyinib. 


Digər xəbərlər

Xəbər xətti