Kasilyas "Real"dan ayrıldı - FOTO

17:08 11 İyul 2015

İspaniya milli komandasının və “Real” klubunun kapitanı və canlı əfsanəsi İker Kasilyas “kral klubu”dan ayrılıb.

Sportarena.az ispan mətbuatına nəzərən xəbər verir ki, ispaniyalı ulduz bu gün  səhər saatlarında klubun bazasına gələrək komanda yoldaşları ilə sağollaşıb.

"Portu"ya transfer olunacağı gözlənilən ispaniyalı ulduz rəhbərliklə müəyyən detalları müzakirə edib.

Nəzərinizə çatdıraq ki, Madrid futbola başlayan Kasilyas 1999-cu ildən “Real”ın əsas komandasında formya geyir.


Xəbər xətti