Ermənistan klubunun oyununda azərbaycanlı hakim

20:24 11 İyul 2015

Avropa Liqasının II təsnifat mərhələsində azərbaycanlı FİFA hakim-inspektoru Asim Xudiyev Ermənistan təmsilçisi "Alaşkert" klubu ilə Qazaxıstanın "Kayrat"ı komandaları arasında keçirəcəyi ilk oyuna təyinat alıb. 
 

 

Sportarena.az report-a istinadən xəbər verir ki, iyulun 16-da Almatıda baş tutacaq qarşılaşmada A.Xudiyev rusiyalı hakimlər briqadasının işini qiymət verəcək. 

Matçın baş hakimi Sergey İvanov, yan xətt hakimləri Vyaçeslav Semyonov və Valeri Dançenko, dördüncü hakim Kirill Levnikov olacaq. UEFA nümayəndəsi isə belaruslu Sergey İlyiçdir. 

Nəzərinizə çatdıraq ki, "Kayrat" - "Alaşkert" oyunu Bakı vaxtı ilə saat 19:45-də baş tutacaq. 


Digər xəbərlər

Xəbər xətti