Valdes "Mançester Yunayted"də qalacaq

11:35 13 İyul 2015

İspan qapıçı Viktor Valdes növbəti mövsümdə də “qırmızı şeytanlar”ın şərəfini qotuyacaq.


Sportarena.az xəbər verir ki, ispan ulduzun meneceri Xines Karvaxal Valdesin Mançester təmsilçisinində qalacağını söyləyib:

"Onun "Mançester Yunayted"lə bir illik müqaviləsi var. Bir çox Türk klubları transfer üçün bizimlə əlaqə saxlamışdır. Amma türk klublarından rəsmi olaraq heç kim bizə müraciət etməyib. Buradan ayrılmaq üçün heç bir səbəb yoxdur. "Mançester Yunayted" dünyanın ən yaxşı klublarından biridir".

Nəzərinizə çatdıraq ki, Türkiyə təmsilçisi "Antalyaspor"un Valdesi heyətinə qatmaq istədiyi iddia edilirdi.


Xəbər xətti