Kavani Di Mariya ilə dəyişdirilir

15:48 13 İyul 2015

“PSJ” klubunun hucumçusu Edinson Kavani karyerasını “dumanlı albion”da davam etdirə bilər.

Sportarena.az xəbər verir ki, “Mançester Yunayted” klubu yenicə “Fənərbağça”ya transfer olunan hollandiyalı futnbolçu Robin van Persinin əvəzini Edinson Kavanini transfer edə bilər. Baş məşqçi Lui van Qalın maraq dairəsində olan futbolçu Anxel Di Mariya ilə dəyişdirmık ehtimalı daha da artır.

Qeyd edək ki, Fransa mətbuatında Parislilərin baş məşqçisi Loran Blanın argetinalı hücumçu ilə maraqlandığı iddia olunurdu.


Xəbər xətti