"Mançester Yunayted" Şneyderlinin transferini rəsmiləşdirdi

19:11 13 İyul 2015

Növbəti mövsüm üçün heyətini gücləndirmək üçün transferlərə başlayan "Mançester Yunayted" klubu növbıti futbolçunu heyətinə qatıb.

Sportarena.az klubun rəsmi saytına nəzərən xəbər verir ki, “mankunianlar” Fransa milli komandasının və "Sauthempton"un yarımmüdafiəçisi Morqan Şneyderlini transfer edib

Gənc futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Nəzərinizə çatdıraq ki, Fransanın “Strasburq” klubunun yetirməsi olan Şneyderlin “Sauthempton” klubunda 7 il ərzində forma geydiyi 230 oyunda 13 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti