"Xəzər Lənkəran"ın toplanışında kiçikyaşlı istedad - FOTOLAR

15:31 16 İyul 2015

"Xəzər Lənkəran"ın əvəzedici komandası Lənkəranda yeni mövsümə hazırlıqlarını davam etdirir.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Elbrus Məmmədovun rəhbərliyi ilə komanda hər gün iki məşqə çıxır. 

 

Heyətdə olan 23 futbolçu arasında ötən il əvəzedici və U-19 komandalarında çıxış edənlərdən əlavə baxışda olan bir neçə futbolçu da var. Toplanış ərzində həm azad agent statusuna malik futbolçular, həm də “Xəzər Lənkəran”ın aşağı yaş qruplarından cəlb olunan futbolçular baxışdan keçirlər. 

 

Amma bu futbolçulardan birinə xüsusi ilə diqqət yetirməyə dəyər. Bu, 2005-ci il təvəllüdlü Hüseynağa Səlimovdu. Böyük ehtimalla bu ad çoxlarına tanış gəlmədi. Lakin bu uşağı komandada və aşağı yaş qruplarını izləyənlərin arasında tanımayan az adam tapılar. Yaşına görə yüksək sürəti, texnikalı oyun qabiliyyətinə görə Hüseynağanı hamı “Tounkara” ləqəbi ilə çağırır. Ötən mövsüm həm U-10, həm U-11 komandasının heyətində çıxış edən Səlimov sonuncuların heyətində karyerasının ilk medalını - çempionatın bürüncünü əldə etdi.

 

Artıq iki gündü ki, komanda ilə məşqlərə çıxan Hüseynağa haqqında əvəzedici heyətin baş məşqçisi Elbrus Məmmədovun fikirlərini dinləyək: “Bu uşaq bütün günü bazadadı. Məşqləri izləyir, ayağına top düşən kimi hər hansı bir formada çalışır. Belə qərara gəldim ki, onu toplanışa cəlb edim. Əlbəttə, yaşı çox azdı. Amma məşqlərdə olduqca çalışqandı. Məşq prosesi zamanı onda çox şeyin alındığını deyə bilərəm. Və ən əsası da odu ki, tapşırıqları düzgün başa düşür. Bu futbolçunun gələcəkdən komandanın ən yaxşı futbolçularından olacağına inanıram”.


Xəbər xətti