Arşavinin ardınca Pavlyuçenko

19:29 16 İyul 2015

Rusiya milli komandasının sabiq üzvü Roman Pavlyuçenkonun növbəti mövsüm forma geyəcəyi klub müəyyənləşib.
 

Sportarena.az xəbər verir ki, Krasnodar klubunun icraçı direktoru Valeriy Staçenko Rusiya mətbuatına forvafdla anlaşdıqları barədə açıqlama verib. 33 yaşlı futbolçu yeni klubuna azad agent kimi gəlib. Müqavilə müddəti barədə məlumat verilməyib.

Nəzərinizə çatdıraq ki, Rusiya milli komandasının digər sabiq üzvü Andrey Arşavin də bir neçə gün öncə “Kuban”la müqavilə imzalamışdır.


Digər xəbərlər

Xəbər xətti