"Qəbələ" - "Çukariçki" matçının biletləri satışa çıxarıldı

14:29 21 İyul 2015

Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Qəbələ"-"Çukariçki" oyununun biletləri artıq satışdadır.

Sportarena.az xəbər verir ki,görüşə tribunadan baxmaq istəyənlər biletləri "Bakcell Arena"nın və Qəbələ şəhər stadionunun kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti 1, 2 və 10 AZN-dir.

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Çukariçki" görüşün iyulun 23-ü, saat 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti