“Biz heç kimdən qorxmuruq” - Vladan Miloyeviç

21:33 22 İyul 2015

“Azərbaycana ilk dəfə gəlsəm də, gözəl fikirlərlə gəlmişəm. Bakı haqda müsbət fikirdəyəm”.

 

Bu sözləri Serbiyanın “Çukariçki” klubunun baş məşqçisi Vladan Miloyeviç deyib.

 

Serblər Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində sabah “Qəbələ”nin qonağı olacaqlar. Matçdan öncə mətbuat konfransı keçirən qonaqların çalışdırıcısı ehtiyatlı danışıb. Bununla belə, o, mərhələ adlayacaqlarına inandığını bildirib:

 

“İlk oyunda 1:0 hesablı qələbə qazanmışıq. Buna baxmayaraq, sabah bizi fərqli oyun gözləyir. İstəməzdim ki, “Qəbələ” haqda çox danışım. Bu, beynəlxalq oyun olduğu üçün az danışmağa üstünlük verirəm. Azərbaycan klubunun istedadlı baş məşqçisi var. Bildiyimə görə, “Qəbələ” və “Qarabağ” ölkənin ən güclü komandalarıdı. Biz Bakıya yüksək səviyyəli oyun göstərməyə gəlmişik. Biz heç kimdən qorxmuruq. Sabah bütün fikrimizi öz oyunumuza yönəldəcəyik. Əminəm ki, Belqraddakı matçdan fərqli oyun göstərəcəyik”.

 

O əlavə edib ki, ilk görüşdən sonra “Qəbələ” haqda məlumatı artıb: “Qəbələ” Belqrada gələndə qalib gəlib və ya uduzacağını bilmirdi. Heç bir komanda səfərdə uduzmağı istəməz. İlk görüşdə də hər iki komanda qələbəyə köklənmişdi. Birinci oyundan sonra “Qəbələ” haqda böyük məlumata sahib olduq, komandaların gücünü bildik. “Qəbələ”nin heyətində həm güclü yerli, həm də legionerlər var”.

 

Qonaq komandanın baş məşqçisi “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçukun matçdan öncə iddialı danışmasına da toxunub: “Sizin komandanın baş məşqçisinin özündənəmin danışmasına sevinirəm. Yəqin onun öz strategiyası var. Amma biz də bura uduzmağa gəlməmişik”. (apasport)


Xəbər xətti