İsveçrə millisinin üzvü "Beşiktaş"a keçir

12:15 27 İyul 2015

"Beşiktaş" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Sportarena.az xəbər verir ki, "qara qartallar" "Napoli"nin türk əsilli futbolçusu Gökhan İnlerlə razılıq əldə edib. 

İsveçrə millisinin üzvü ilə 3 illik müqavilə imzalanacağı gözlənilir. 31 yaşlı futbolçunun meneceri də Türkiyə mətubatına açıqlamasında xəbəri təkzib etməyib.


Digər xəbərlər

Xəbər xətti