Öncə "Apollon", sonra "Qəbələ"

23:55 28 İyul 2015

Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə "Apollon" klubları arasında keçiriləcək ilk oyun ərəfəsində baş məşqçilərin mətbuat konfransı təşkil olunacaq.

Sportarena.az xəbər verir ki, jurnalistlər önünə ilk öncə "Apollon"un baş məşqçisi Pedro Emanuel çıxacaq. Roman Qriqorçukun mətbuat konfransı isə saat 21:00-da baş tutacaq.Daha sonra isə "Qəbələ" matçın keçiriləcəyi arenada son məşqinə çıxacaq.

Qeyd edək ki, "Apollon" - "Qəbələ" matçı iyulun 30-da keçiriləcək.


Xəbər xətti