"Beşiktaş"ın tikilməkdə olan stadionunda ağır qəza - FOTO

00:30 29 İyul 2015

"Beşiktaş"ın inşa olunan yeni stadionunda qəza baş verib. 

Sportarena.az xəbər verir ki, klub hadisə ilə bağlı rəsmi internet saytından məlumat yayıb. Klubun açıqlamasına görə, qəza nəticəsində 2 nəfət xəsarət alıb. Yaralıların bütün xəstəxana xərclərinin də klub tərəfindən ödəniləcəyi bildirilib.

Bu, 2013-cü il yanvarın 17-dən inşasına başlanan stadionda baş verən ilk qəzadır. Stadionun 2016-cı ilin yanvar ayından istifadəyə verilməsi gözlənilir.


Xəbər xətti