"Neftçi İdman Klubu”nun üzvü çempion oldu

14:39 29 İyul 2015

Gürcüstanda keçirilən Tbilisi -2015 XIII Avropa Gənclər Olimpiya Festivalı davam edir.

Sportarena.az xəbər verir ki, Tbilisi Cüdo Akademiyasında təşkil olunan adıçəkilən növ üzrə yarışlarda "Neftçi İdman Klubu"nun yeniyetmə təmsilçisi Şəfəq Həmidova (40 kq) keçirdiyi 3 görüşün hamısından qalib ayrılaraq finala vəsiqə qazanıb. Həlledici mərhələdə rusiyalı Anastasiya Kuterina üzərində inamlı qələbə qazanan cüdoçumuz qızıl medala sahib olub.


Xəbər xətti