"Qəbələ" Kiprə çatdı

17:30 29 İyul 2015

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Apollon”la qarşılaşacaq “Qəbələ” bu gün vətəni tərk edib.

 

Sportarena.az xəbər verir ki, artıq Kiprə çatan “Qəbələ” Kiprdə “Hilton Nikosia” otelində məskunlaşıb.

 

Qeyd edək ki , təmsilçimizin oyunöncəsi son məşqi bu gün Larnakadakı “Antonis Papadopulos” stadionunda gerçəkləşəcək. Məşq Bakı vaxtı ilə 23:00-da başlayacaq. Saat 22:30-da isə komandanın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı baş tutacaq.


Xəbər xətti