Güləşçilər arasında Avropa çempionatı keçiriləcək

19:15 31 İyul 2015

Avqustun 4-dən 9-dək Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçiriləcək.

Sportarena.az xəbər verir ki, yarışda hər 3 güləş növü üzrə Azərbaycan idmançıları da iştirak edəcək. Proqrama əsasən, avqustun 4-5-də sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək.

Baş məşqçi Nazim Əlicanov və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Avropa çempionatının medalları uğrunda Əsgər Məmmədəliyev (42 kq), Röyal Ağamalıyev (46 kq), İslam Bazarqanov (50 kq), Sabutay Əmişov (54 kq), Qadisa Geriya (58 kq), Qurban Qurbanov (63 kq), İsmayıl Abdullayev (69 kq), Emin Nəcəfzadə (76 kq), Rahid Həmidli (85 kq) və Alimaqomed Alixmoyevin (100 kq) mübarizə aparması planlaşdırılır.

Avqustun 6-7-də baş məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun başçılığı altında 6 qız güləşçimiz - Zemfira Ələkbərli (38 kq), Aynur Camalova (43 kq), Gülcahan Hacıyeva (46 kq), Sona Tumarxanova (49 kq), Tatyana Varantsova (52 kq) və Şəbnəm Həmidova (56 kq) çempion adı uğrunda yarışacaq.

Və nəhayət, son 2 yarış günü, yəni avqustun 8-9-da yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşəcək. Baş məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Alıyev heyətə Kamran Pənahov (42 kq), Zaur Nuriyev (46 kq), Rəcəbəli Nəsirov (50 kq), Kənan Cəfərov (54 kq), Kamran Mirzəliyev (58 kq), Ramin Cəfərov (63 kq), Ülvi Qənizadə (69 kq), Nəzərşah Fətullayev (76 kq), Yaşar Zamanov (85 kq) və Camal Feyziyevi (100 kq) daxil edib.

Beynəxalq dərəcəli hakim Qədi Quliyev isə görüşlərin idarə edilməsində ölkəmizi təmsil edəcək.


Digər xəbərlər

Xəbər xətti