Elvin Bədəlov: "Kəpəz"lə oyunda qələbə bizi gözləyir"

11:36 1 Avqust 2015

“Neftçi”nin müdafiəçisi Elvin Bədəlov klubun rəsmi saytına açıqlama verib. Sportarena.az xəbər verir ki, gənc futbolçu “Antalyaspor” klubu ilə yoxlama oyunu (2:0) haqda fikirlərini bildirib:

“Qələbə qazanmağımıza baxmayaraq, oyun çətin keçdi. “Antalyaspor” yaxşı komandadır, güclü oyunçuları, Eto’O kimi ulduz futbolçuları var. Artıq təlim-məşq toplanışını başa vurmaq üzrəyik. İnşallah, “Kəpəz”lə ilk tur oyununda qələbə bizi gözləyir”.


Xəbər xətti