"Apollon" rəsmisi: "Azərbaycanlıların sözləri bizə təsir eləmir"

19:32 3 Avqust 2015

"Azərbaycanlıların sözləri bizə təsir eləmir. "Apollon"un hədəfi qrup mərhələsinə düşməkdir".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Apollon"un mətbuat katibi Fanuris Konstantinu deyib. Cavab matçıöncəsi "Radio Proto"ya danışan klub rəsmisi iddialı açıqlamalar verib: 

 

"Hələ heç nə itirməmişik. Bu mərhələni keçmək üçün qol vurmalıyıq. İnanıram ki, biz Azərbaycan klubunu mübarizədən kənarlaşdırıb, yolumuza davam edəcəyik".


Xəbər xətti