"Qəbələ"dən 50 min söhbətinə rəsmi münasibət

14:37 6 Avqust 2015

Mətbuatda “Qəbələ”nin prezidenti Tale Heydərovun komandaya fantastik mükafat vəd etməsi ilə bağlı xəbər yayılıb. Modern.az saytında yer alan iddiaya görə, bu mərhələni adlayacağı təqdirdə futbolçuların hər birinə 50.000 manat mükafat söz verib.

 

Ancaq məsələyə münasibət bildirən klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Sportarena.az saytına açıqlamasında yayılan məlumatları təkzib edib:

 

"Xeyr, belə bir şey yoxdu. Tamamilə yalan informasiyadı. Ümumiyyətlə, komandaya mükafat vəd olunub-olunmadığını bilmirəm. Verilsə belə, oyundan sonra olacaq".

 

Qeyd edək ki, "Qəbələ" bu gün Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Apollon"la qarşılaşacaq. Görüş 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti