Son çempion mövsümə qələbə ilə başladı

11:19 8 Avqust 2015

Fransa çempionatında 2015/16 mövsümünə start verilib. Sportarena.az xəbər verir ki, açılış matçında son çempion PSJ səfərdə "Lill"in qonağı olub.

 

Görüşün taleyini bir qol həll edib. 57-ci dəqiqədə Lukas Mouroun vurduğu qol parislilərə qələbə qazandırıb.

 

Qeyd edək ki, PSJ 28-ci dəqiqədə azlıqda qalıb. Qonaqların heyətində Rabiot qırmızı vərəqə alaraq, meydandan qovulub.

 

7 avqust

Fransa Liqası, 1-ci tur

“Lill” – PSJ – 0:1
Qol:
Lukas Mouro, 57
Qırmızı vərəqə: Rabiot, 28 (PSJ)


Xəbər xətti