"Qarabağ"ın rəqibi "başsız" qaldı

12:43 8 Avqust 2015

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Yanq Boyz" klubunda gözlənilməz istefa baş verib. Sportarena.az xəbər verir ki, komadanın baş məşqçisi Uli Forte tutduğu vəzifədən ayrıldığını açıqlayıb. Buna komandanın Çempionlar Liqasının III təsnifat mərhələsində "Monako"ya məğlubiyyət (1:3, 4:0) səbəb olub.

 

Artıq yeni çalışdırıcı axtarışına çıxan İsveçrə təmsilçisi tezliklə boşluğu doldurmaq niyyətindədi. Ancaq hazırda başqa variant da nəzərdən keçirilir. Əgər köməkçi məşqçi Harald Qamper qarşıdakı oyunlarda komandaya qələbələr qazandırsa, elə yeni baş məşqçi o olacaq.

 

Qeyd edək ki, “Qarabağ”ın “Yanq Boyz”la oyunları avqustun 20-də və 27-də baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti