"Fənərbaxça"nın futbolçusuna silahlı hücum

16:58 11 Avqust 2015

Bir müddət öncə Rizədə silahlı hücuma məruz qalan "Fənərbaxça" yenə eyni hadisə ilə üzləşib. Sportarena.az xəbər verir ki, terrorçuların bu dəfəki hədəfi Mehmet Topal olub.

 

Məşqdən çıxan futbolçu evinə gedərdək klubun bazasının yaxınlığında naməlum şəxslərin hücumuna məruz qalıb. Silahlı qruplaşma futbolçunun maşınını atəşə tutublar. Avtompbilin şüşələrinin güllə keçirməməsi Topalın həyatını xilas edib.

 

Olayla bağlı dərhal açıqlama yayan klubun rəsmi saytı ikinci dəfədir təkrarlanan hadisədən narahatlığını ifadə edib. Klub cinayətkarların dərhal tapılmasını tələb edib.


Digər xəbərlər

Xəbər xətti