Azərbaycan - Xorvatiya: Onlayn bilet satışı başladı

12:43 12 Avqust 2015

"Avro-2016"nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də, saat 21:00-da, “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya oyununa bilet satışı davam edir.

 

Sportarena.az xəbər verir ki, biletləri "Bakcell Arena"nın kassalarında, həmçinin Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündür. Həmçinin biletlərin online satışına www.tickets.affa.az saytında da start verilib.

 

Qarşılaşmanın biletlərinin qiyməti kateqoriyadan asılı olaraq 3, 6 və 50 AZN-dir.


Digər xəbərlər

Xəbər xətti