"Qarabağ"ın rəqibi öz meydanında uduzdu

11:30 13 Avqust 2015

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Yanq Boyz" dünən növbəti matçına çıxıb. Sportarena.az xəbər verir ki, Bern təmsilçisi ölkə çempionatının V turu çərçivəsində öz meydanında "Luqano"nu qəbul edib.

 

Ötən tur "Tyun"a qalib gəlməklə çempionatda ilk qələbəsini qazanan "Yanq Boyz" bu görüşdən də 3 xalla ayrılmağa çalışsa da, alınmayıb. Hətta meydan sahibləri rəqibi boyun əyiblər - 0:1.

 

Qeyd edək ki, 5 turdan sonra "Yanq Boyz" 6 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.


Xəbər xətti